Bakıda evlərdən 103 min manatlıq qızıl oğurlanıb

Bakıda evlərdən 103 min manatlıq qızıl oğurlanıb Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Hadisə
144
12 Noyabr , 2021 15:48
Bakıda evlərdən 103 min manatlıq qızıl oğurlanıb

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elmin Cəfərov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun Bakıxanov qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 8 evdən oğurluq etdiyi müəyyən edilib. Elmin Cəfərov bu evlərdən ümumilikdə 103 min manatdan artıq pul və qızıl-zinət əşyaları oğurlayıb. Oğurluq yolu ilə əldə etdiyi maddi vəsait hesabına Elmin Cəfərov 2 ədəd avtomobil və şəxsi istifadəsi üçün digər qiymətli əşyalar alıb. O, törətdiyi oğurluq hadisələrini etiraf edib.

Sabunçu rayonu ərazisində həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı da əməliyyatlar davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Emin Manafov, Murad İsmayılov və Elşad Həsənov saxlanılıb. Bu şəxslər ümumilikdə 60 qrama yaxın heroin və metamfetamin aşkar edilib.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması, onların mənbələrinin aşkar edilməsi və rayon ərazisində qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi