Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hadisə
  • 20 yanvar, 2023
  • 14:57
Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Araşdırmalar davam etdirilir.