Bakıda avtomobillə vurulan ahıl qadın ağır xəsarət alıb

Hadisə
  • 16 iyun, 2023
  • 02:21
Bakıda avtomobillə vurulan ahıl qadın ağır xəsarət alıb

Bakının Xəzər rayonunda ahıl qadını avtomobil vurub.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Rəfiyeva Dilarə Balay qızını vuraraq ağır xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı-kəllə beyin travması, qasıq və incik sümüklərinin sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

44 - Tezliklə