Bakıda elektrik dirəyinə çırpılan avtomobil yanaraq yararsız vəziyyətə düşüb - FOTO - VİDEO
Hadisə
- 07 noyabr, 2016
- 15:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, Yasamal Rayon Polis İdarəsinin qarşısında olub.
Belə ki, A.Salamzadə küçəsi ilə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi zərbənin təsirindən alışıb.
Hadisə yerinə bir neçə yanğısöndürən maşın cəlb olunsa da, nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda elektrik dirəyinə çırpılan avtomobil yanaraq yararsız vəziyyətə düşüb - FOTO - VİDEO
Son xəbərlər
18:57
Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik
Region
18:24
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
Region
18:17
Fransadan sonra İtaliyada da etirazlar iğtişaşlara çevrilib, 200-dək insan saxlanılıb
Digər ölkələr
18:16
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Xarici siyasət
18:00
Foto
Azərbaycan gimnastı Selcan Mahsudova Dünya Kubokunda qızıl medal qazanıb
Fərdi
17:55
Foto
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Milli Məclis
17:43
Foto
Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Fərdi
17:35
Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub
Digər ölkələr
17:18
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Digər ölkələr