Bakıda yağışlı hava qəzaya səbəb olub, xəsarət alan var

Hadisə
  • 02 noyabr, 2019
  • 20:17
Bakıda yağışlı hava qəzaya səbəb olub, xəsarət alan var
Foto: "Report"

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qala qəsəbəsində qeydə alınıb.

Avtomobilin pis hava şəraiti ilə əlaqədar idarəetmədən çıxaraq dirəyə çırpılması nəticəsində sərnişin, 1990-cı il təvəllüdlü Səlimov İsmayıl Əliverdi oğlu ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Ramin Şahbazov