Bakıda kommunal xidmət avtomobili sərnişin avtobusuna çırpılıb, 3-ü uşaq olmaqla, 27 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2 - FOTO

Bakıda kommunal xidmət avtomobili sərnişin avtobusuna çırpılıb, 3-ü uşaq olmaqla, 27 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2 - FOTO Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 27 nəfər xəsarət alıb.
Hadisə
27 Aprel , 2019 21:37
Bakıda kommunal xidmət avtomobili sərnişin avtobusuna çırpılıb, 3-ü uşaq olmaqla, 27 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2 - FOTO
Foto: "Report"

Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 27 nəfər xəsarət alıb.

Üç saylı Şəhər klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov "Report"a bildirib ki, qəzadan sonra xəstəxanaya 27 yaralı gətirilib.

Onun sözlərinə görə, xəsarət alanlardan 3-ü uşaqlar, 24-ü böyüklərdir. Xəsarət alanlardan 17-i (uşaqlar da daxil olmaqla-red) evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə edilir.  

Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 


***21:08

Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 24 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, yaralılardan 21-i böyük, 3-ü uşaqlardır.

Yaralılardan 8-i hazırda xəstəxanada müalicə alır. Qəza zamanı xəsarət alan uşaqlar da daxil olmaqla, digər yaralılar evə buraxılıb. 

Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində avtobusun 24 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 


***19:33

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb. 

Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib, araşdırma aparılıb. 

Qeyd edək ki, 171 saylı sərnişin avtobusu daha əvvəl də "Mercedes"lə toqquşub .

Son xəbərlər

Orphus sistemi