Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Bilgəh qəsəbəsində qəza zamanı xəsarət alan "Mercedes"in sürücüsü aviasiya əməkdaşı olub.
"Report"un əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu Milli Aviasiya Akademiyasını bitirib və hazırda bu sahə üzrə işləyir.
Hadisədən dərhal sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılan M.Sarıyevə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
***23:25
Video əlavə olunub
***22:29
Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan "10-TH-113" dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən "90-DN-376" dövlət qeydiyyat nişanlı "Mercedes"lə toqquşub.
Nəticədə "Mercedes"in 1994-cü il təvəllüdlü sürücüsüSarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb.
Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib.