Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsində zərərçəkmişlər dindirilib

Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsində zərərçəkmişlər dindirilib Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmişlər dindirilib.
Hadisə
10 Mart , 2022 14:00
Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsində zərərçəkmişlər dindirilib

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmişlər dindirilib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə mərhum Sevinc Məhərrəmovanın atası Yalçın Məhərrəmov ifadəsində deyib ki, təqsirləndirilən şəxs hadisədən əvvəl döyürmüş.

O, S.Məhərrəmovanın feministlərə qoşulmasından xəbərsiz olduğunu deyib: "Məhkəmədən Füzuliyə ən ağır cəzanın verilməsini xahiş edirəm".

Daha sonra mərhumun anası Mətanət Məhərrəmova dindirilib. Onun sözlərinə görə, F.Qarayev hadisədən əvvəl dəfələrlə qızını ölümlə hədələyib: "Ailədə həmişə dava-dalaş olardı. O, qızımı təhdid edirdi ki, evə gəlməsən uşaqları öldürəcəm. Çünki uşaqlar Füzuli ilə birgə qalırdı. Məişət zəminində olan problemlərə görə qızımı döyürdü. Sevincin qadın sığınacağına müraciət etməsi barədə məlumatım yoxdur".

F.Qarayev isə ona qarşı səsləndirilən ittihamlarla razılaşmadığını bildirib.

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü F.Qarayev arvadı, 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanı aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evinə getdiyinə görə qətlə yetirib.

Hadisə zamanı o, küçədə R.Hüseynovu və onun yanında fəhlə işləyən Ramil Bəşirovu da bıçaqlayıb.

Daha sonra F.Qarayev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi