Bakıda yol qəzasında ölənlərin sayı 5-ə çatıb - SİYAHI - YENİLƏNİB-4

Bakıda yol qəzasında ölənlərin sayı 5-ə çatıb - SİYAHI - YENİLƏNİB-4 Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 Yanvar , 2023 16:29
Bakıda yol qəzasında ölənlərin sayı 5-ə çatıb - SİYAHI - YENİLƏNİB-4

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. 

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib. 

Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib. 

Nəticədə avtomobillərdə olan üç nəfər hadisə yerində keçinib. Müxtəlif bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilən iki nəfərin də həyatını xilas etmək mümkün olmayıb. 

Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova  2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir. 

Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır. 

15:36

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, "Toyota" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

14:38

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".

13:10

Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda, "ASK Arena" yaxınlığında qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

13:03

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə "Toyota Prius" və "Mercedes C Class"ın iştirakı ilə qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.

Son xəbərlər

Orphus sistemi