MKİ rəhbəri İrlandiyada Zelenski ilə görüşüb
Digər ölkələr
- 22 sentyabr, 2026
- 01:39
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff İrlandiyanın Şennon Hava Limanında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
"Report" xəbər verir ki, "Reuters"ə agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, görüş sentyabrın 21-də baş tutub. Digər mənbə bildirib ki, danışıqlar Retkliff və Zelenskinin təyyarələrinə yanacaq doldurulması zamanı keçirilib. Görüşün məzmunu barədə məlumat verilməyib.
Bu ayın əvvəlində "Financial Times" xəbər vermişdi ki, MKİ rəhbəri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda daha fəal rol oynamağı planlaşdırır. Daha sonra MKİ-nin mətbuat xidmətinin rəhbəri Liz Leyons bildirmişdi ki, sözügedən məlumat "həqiqətə uyğun deyil".
Son xəbərlər
02:54
Zelenski: Ukrayna enerji sahəsində istənilən formatda atəşkəsə hazırdır
Digər ölkələr02:29
Makron Rusiya və Ukraynanı bir sıra hədəflərə hücumları dayandırmağa çağırıb
Digər ölkələr02:04
Kobaxidze: Cənubi Qafqazda regional əməkdaşlıq üçün geniş imkanlar yaranıb
Region01:28
Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
Xarici siyasət01:26
Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələri nəzərdən keçirilib
Xarici siyasət01:23
Azərbaycan və Ukrayna rəsmiləri ikitərəfli gündəliyi müzakirə ediblər
Xarici siyasət01:21
Ceyhun Bayramov: Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq yolu ilə həllinə sadiqdir - YENİLƏNİB
Xarici siyasət01:08
Tramp: Ərdoğan möhtəşəm insandır
Digər ölkələr00:40