Bakıda 2 nəfərin ölümünə səbəb olan qəza törətmiş sürücünün məhkəməsi başlayır

Bakıda 2 nəfərin ölümünə səbəb olan qəza törətmiş sürücünün məhkəməsi başlayır Bakıda ağır qəza törədərək 2 nəfərin ölümündə təqsiləndirilən Səbuhi Şəfiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
20 May , 2022 08:55
Bakıda 2 nəfərin ölümünə səbəb olan qəza törətmiş sürücünün məhkəməsi başlayır

Bakıda ağır yol qəzası qəza törədərək 2 nəfərin ölümündə təqsiləndirilən Səbuhi Şəfiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və baxılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin martında Qaradağ rayonunda baş verib.

Belə ki, S.Şəfiyevin idarə etdiyi “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb.

Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

S.Şəfiyevə qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi