Bakıda 33 yaşlı kişini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda 33 yaşlı kişini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Elvin Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayır.
Hadisə
28 Yanvar , 2022 08:31
Bakıda 33 yaşlı kişini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Elvin Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayır.

"Report" xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında Binəqədi rayonu Çiçək qəsəbəsində qeydə alınıb.

Belə ki, Elvin Ağayev mübahisə zəminində 1989-cu il təvəllüdlü Vüqar Quliyevi bıçaqlayıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarnın sol yan divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

E.Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Son xəbərlər

Orphus sistemi