Bakı sakininə qarşı soyğunçuluq edildi
Hadisə
- 13 may, 2020
- 05:33
Bakıda soyğunçuluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə mayın 11-i saat 22 radələrində Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs Bakı şəhər sakini O.Quliyevin içərisində 260 manat, 2 200 Rusiya rublu, bank kartları, sənədləri və mobil telefonu olan əl çantasını soyğunçuluq yolu ilə ələ keçirib.
Daha sonra O.Quliyev bu barədə polis əməkdaşlarına müraciət edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Səbail Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1993-cü il təvəllüdlü E.Dostəliyev müəyyən edilərək saxlanılıb.
Son xəbərlər
09:17
Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək
Daxili siyasət09:09
UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
Futbol09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.09.2026)
Maliyyə08:56
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.09.2026)
Maliyyə08:52
Yaponiyada məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb
Digər ölkələr08:46
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Xarici siyasət08:16
Bakıda 10 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:10
Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
Digər ölkələr08:06