Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun xəbərinə gorə, qəzada ölən 6 nəfər aşağıdakılardır:
1. 1976-cı il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu
2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu
3. Yasamal rayon sakini 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu
4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu
5. Yardımlı rayon sakini 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü)
6. 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev.
Ölənlərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.
Bununla yanaşı, yol qəzasında xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxsin ölməsi ilə bağlı məlumat təsdiqini tapmayıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Dəqiqləşdirildi, xəsarət alan şəxs ölməyib", - nazirlikdən bildirilib.
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
Bu barədə "Report"un Şimal bürosu məlumat əldə edib.
Məlumata görə, hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.
Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.