Badamdarda yenidən sürüşmə olub, restorana ziyan dəyib - YENİLƏNİB

Badamdarda yenidən sürüşmə olub, restorana ziyan dəyib - YENİLƏNİB Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.
Hadisə
28 Yanvar , 2021 22:45
Badamdarda yenidən sürüşmə olub, restorana ziyan dəyib - YENİLƏNİB

28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.

“Report”un məlumatına görə, bu barədə xəbəri FHN Mətbuat xidməti yayıb.

Qeyd olunub ki, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib. Əlavə məlumat veriləcək.

21:58

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.

"Report"un xəbərinə görə, sürüşmə nəticəsində yaxınlıqdakı restorana ziyan dəyib.

Hazırda aidiyyəti qurumların əməkdaşları sürüşmə baş verən ərazidədir.

Son xəbərlər

Orphus sistemi