“Azure” biznes mərkəzinin 15-ci mərtəbəsindən düşən gəncin intihar etdiyi məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atıb.
O, özünü binadan atmamışdan əvvəl məktub yazıb.
Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.
Bakıda “Azure” biznes mərkəzində ölüm hadisəsi baş verib.
“Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən 1999-cu il təvəllüdlü Elvin Məmmədov adlı şəxsin yıxıldığı ehtimal edilir.
Hadisənin intihar və ya ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aprılır.


