"Azpetrol"un yanacaq daşıyan maşını 85 yaşlı kişini vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

"Azpetrol"un yanacaq daşıyan maşını 85 yaşlı kişini vuraraq öldürüb - VİDEO - YENİLƏNİB Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
20 Aprel , 2021 11:59
Azpetrolun yanacaq daşıyan maşını 85 yaşlı kişini vuraraq öldürüb - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Kürdəmir rayonunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza zamanı ölən piyada Kürdəmir rayon Axtaçı kənd sakini, 1936-cı il təvəllüdlü Səməndərov Xanqulu Səfqulu oğludur.

Hadisəni törədən İsa Dərgahov Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cnayət işi başlanılıb, istintaq davam etdirilir.

10.32

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər ki, hadisə rayonun Dördyol adlanan ərazisində qeydə alınıb.

Beləki, Zəngilan rayon sakini, 1962-ci il təvəllüdlü Dərgah İsa oğlu Ağayev idarə etdiyi "Azpetrol" şirkətinə məxsus iri tutumlu yanacaq daşıyan avtomobillə hərəkətdə olarkən həmin ərazidə yolu keçmək istəyən piyadanı vurub. Sürücü əyləc sistemini işə salsa da avtomobilin təkərləri arasında qalan piyadanı bir neçə metr sürüyüb. Nəticədə dünyasını dəyişən piyadanın baş və bədəninin müəyyən hissəsi əzildiyi üçün şəxsiyyətini müəyyən etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi