Gürcüstanın Kaspi rayonunun Xidiskuri kəndində azərbaycanlı ər-arvada silahlı basqın edən 1981-ci il təvəllüdlü Nizam Qurbanov saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan
İstintaqla müəyyən olunub ki, N.Qurbanov qətli intiqam məqsədilə törədib. Onu 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, N.Qurbanovun evə silahlı basqını nəticəsində Şıxəli Camaloğlu ölüb, onun həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
*** 13:30
Gürcüstanın Kaspi rayonunun Xidiskuri kəndində azərbaycanlı ər-arvada silahlı basqınla bağlı təfərrüat məlum olub.
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev "Report"un yerli bürosuna bildirib ki, hadisəyə səbəb qan davası olub.
Onun sözlərinə görə, silahlı basqın nəticəsində öldürülən şəxs Şıxəli Camaloğlu, qətli törədən şəxs isə kənd sakini Nizam Qurbanovdur: "Şıxəli Camaloğlu 25 il bundan qabaq Nizam Qurbanovun yaxın qohumunu öldürüb və bu cinayət üstündə 11 il həbs cəzası çəkib. Nizam Qurbanov qətli intiqam məqsədi ilə törədib".
Ə.Babayev vurğulayıb ki, hadisə zamanı boğazından yaralanan Ş.Camaloğlunun həyat yoldaşı xəstəxanada ağır vəziyyətdədir.
GAMK sədri qətli törədən N.Qurbanovun hələ saxlanılmadığını qeyd edib.
*** 12:59
Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Xidiskuri (Körpü qulağı) kəndində yerləşən evlərdən birinə silahlı basqın olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, nəticədə 70 yaşlı kişi ölüb, onun 50 yaşlı həyat yoldaşı isə başından güllə yarası alıb.
Qadın xəstəxanaya çatdırılıb. Hadisə yerində odlu silah və ov tüfəngi tapılıb.
Cinayəti törədən şəxs artıq müəyyən olunub. Polis həmin şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirir.
Faktla bağlı iki və daha çox şəxsin qətlə yetirilməsi maddəsi üzrə istintaq aparılır. Qətli törədən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.