Azərbaycandan Türkiyəyə gizli yolla xarici valyuta və qızıl aparılmasının qarşısı alınıb

Azərbaycandan Türkiyəyə gizli yolla xarici valyuta və qızıl aparılmasının qarşısı alınıb Biri gömrük əməkdaşı olmaqla 3 Azərbaycan vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib
Hadisə
10 Mart , 2017 14:40
Azərbaycandan Türkiyəyə gizli yolla xarici valyuta və qızıl aparılmasının qarşısı alınıb
Courtesy İmage

Bakı. 10 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində külli miqdarda xarici valyuta və qızılın qaçaqmalçılıqla Azərbaycandan çıxarılmasının qarşısı alınıb.

"Report" bu barədə DGK və DTX-nin birgə məlumatına istinadən xəbər verir.

Qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190 min ABŞ dolları məbləğində xarici valyuta və 132,2 min manat dəyərində ümumi çəkisi təxminən 2,3 kq təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə Azərbaycandan gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Hava Limanından təyyarə ilə Türkiyəyə aparmağa cəhd ediblər. Qaçaqmalçılığa cəhd edən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Son xəbərlər

Orphus sistemi