Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Hadisə
- 25 sentyabr, 2026
- 17:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Son bir həftə ərzində Azərbaycanda keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Quba rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C ünvanında, Suraxanı rayonu Ramana qəsəbəsində və Quba rayonu Çiçi kəndinin inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 225 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Son xəbərlər
00:11
Kuşner: Tramp Ukraynaya NATO modelində təhlükəsizlik zəmanətlərini nəzərdən keçirə bilər
Digər ölkələr
23:56
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
Digər ölkələr
23:32
Foto
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
Mədəniyyət siyasəti
23:22
Kuşner: ABŞ Ukrayna, Rusiya və Avropa ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək
Digər ölkələr
23:08
Foto
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Hadisə
23:00
Gürcüstan prezidenti 232 nəfəri əfv edib
Region
22:45
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Digər ölkələr
22:41
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Hadisə
22:19
İtaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb
Xarici siyasət