Azərbaycanda qadını sosial şəbəkələrdə rusvay edəcəyi ilə şantaj edən şəxs tutulub
Hadisə
- 26 sentyabr, 2015
- 08:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda qadından şantaj etməklə pul tələb edən şəxs tutulub. "Report" xəbər verir ki, Gəncə şəhər sakini Ş.M Nizami (Gəncə) rayon Polis İdarəsinə müraciət edərək, həmyerlisi Anar Məcməddinovun onu sosial şəbəkələrdə rüsvay edəcəyi və ailəsinə böhtan atacağı ilə hədələyib ondan pul tələb etdiyini bildirib. Ş.M bildirib ki, bu ilin iyul ayından sentyabr ayına qədər A.Məcməddinov ondan 7000 manat pul və qızıl zinət əşyalarını alıb. Sonuncu yenidən sentyabrın 25-də 530 manat pul tələb edib. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məcməddinov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:29
Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Region
09:26
FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda Fransa klubu ilə üz-üzə gələcək
Komanda
09:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır
Futbol
09:14
"DH Volley" klubu avrokuboklarda ilk oyununu keçirəcək
Komanda
09:13
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.10.2026)
Maliyyə
09:12
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.10.2026)
Maliyyə
09:08
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
Fərdi
09:02
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
Hadisə
09:00
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur
Media