Azərbaycanda keçmiş partiya sədrinin sürücüsü azyaşlı qızı döyüb

Azərbaycanda keçmiş partiya sədrinin sürücüsü azyaşlı qızı döyüb Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qıza xəsarət yetirib.
Hadisə
31 İyul , 2021 10:39
Azərbaycanda keçmiş partiya sədrinin sürücüsü azyaşlı qızı döyüb
Xanhüseyn Kazımlı

Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sabiq sədri, keçmiş deputat Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qıza xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report” bildirilib ki, hadisə iyulun 29-da axşam saatlarında paytaxt ərazisində qeydə alınıb.

Qeyd edilib ki, sürücü Elvin Mahmudov Aydın oğlu idarə etdiyi “Range Rover” markalı avtomobilə piyada qismində yaxınlaşan azyaşlı qıza zor tətbiq edib:

“Hadisədən əvvəl avtomobildə sərnişin qismində olan şəxs həmin azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

Bildirilib ki, hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində təhqiqat aparılır.

Xatırladaq ki, hadisə baş verən zaman sabiq deputat X.Kazımlının özü avtomobildə olub.

Son xəbərlər

Orphus sistemi