Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub - YENİLƏNİB Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.
Hadisə
2391
27 İyul , 2021 17:13
Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
0 : 00
0 : 00

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotik və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib.

Bu zaman üzərində olan qumbara partlamış, M.Ələsgərov ölüb.

Avtomaşında olan sərnişini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə məhkum olunmuş Eldar Qurbanov isə qaçarkən saxlanılıb.

Partlayışda 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

16.45

Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi