Prezidentin tapşırığı ilə Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərib - YENİLƏNİB-2

Prezidentin tapşırığı ilə Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərib - YENİLƏNİB-2 Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün qardaş ölkəyə yola düşür.
Hadisə
23 İyun , 2022 17:10
Prezidentin tapşırığı ilə Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərib - YENİLƏNİB-2

Türkiyədə yanğınların söndürülməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğlaya yola düşüb.

"Report"un xəbərinə görə, təyyarə əvvəlcə Muğlada Dalaman Hava Limanına enəcək, daha sonra yanğınsöndürmə əməliyyatlarına qoşulacaq.

16:36

Türkiyənin Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürülməsində iştirak etmək üçün birbaşa  Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür.

"Report"un xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov bildirib ki, təyyarə ötən il də Türkiyədə baş verən yanğının söndürülməsinə iştirak edib:

"Bu, yanğınların söndürülməsində ən effektiv təyyarədir. Təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə həcminə malikdir. Suyu götürərək yanğın bölgəsinə yol düşür. Təyyarə tu gündən etibarən qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək".

14:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Bu barədə “Report” FHN-dən məlumat əldə edib.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub. Həmçinin 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.

Son xəbərlər

Orphus sistemi