AZAL təyyarəsinin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra "Kovyor" əməliyyatı barədə məlumat verilib

AZAL təyyarəsinin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra "Kovyor" əməliyyatı barədə məlumat verilib Qəzaya uğramış "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin əsas idarəetmə sistemlərinin itirildiyi vaxt açıqlanıb. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiya
Hadisə
4 Fevral , 2025 21:22
AZAL təyyarəsinin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra Kovyor əməliyyatı barədə məlumat verilib

Qəzaya uğramış "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra "Kovyor" əməliyyatı barədə məlumat verilib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.

"05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Kovyor” əməliyyatı barədə Qroznıya məlumat verir. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır", – hesabatda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib.

Son xəbərlər

Orphus sistemi