Astara sakini selfi çəkdirərkən 7-ci mərtəbədən yıxılaraq ölüb

Hadisə
  • 27 oktyabr, 2016
  • 17:18
Astara sakini selfi çəkdirərkən 7-ci mərtəbədən yıxılaraq ölüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.