Həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Hadisə
  • 08 fevral, 2019
  • 12:03
Həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 8 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Ceyhun Məşirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, C.Bayramov münaqişə zəminində həyat yoldaşı Səidə Bəşirovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan C.Bəşirovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.