DİN: Ağstafadakı qəzada polis leytenantı ölüb
- 22 dekabr, 2022
- 22:28
Bakı-Qazax-Gürcüstan Respublikası avtomagistralının 454-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi ilə bağlı Ağstafa rayon Polis Şöbəsinin, Ağstafa rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları hadisə yerinə gəlib.
Bunu “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
İlkin araşdırmalar nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyevin idarə etdiyi "Hyundai" markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və sürücünün ölməsi müəyyən edilib. Qeyd edim ki, A. Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır. Hadisə ilə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
02:20
Ağstafada avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, qəzada həlak olan 1987-ci il təvəllüdlü Alıyev Aqil Məqsəd oğludur.
Məlumata görə, o, Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, inzibati təcrübə üzrə baş inspektorudur.
02:02
Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qırlı kənd yolunda qeydə alınıb.
Minik avtomobilinin ağaca çırpılması nəticəsində sürücü ağır xəsarət alıb və hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.