Ağdamdakı yanğında ağır yanıq xəsarətləri alan nənə və nəvə Bakıya gətirilib – YENİLƏNİB

Hadisə
  • 02 oktyabr, 2025
  • 11:06
Ağdamdakı yanğında ağır yanıq xəsarətləri alan nənə və nəvə Bakıya gətirilib – YENİLƏNİB

Ağdam rayonunda baş verən yanğında xəsarət alan nənə və nəvə Bakıda xəstəxanaya yerləşdirilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Quzanlı qəsəbəsində gecə saatlarında fərdi yaşayış evində baş verən yanğın nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılova Zibeydə Qənimət qızı və 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müayinə zamanı Z.İsmayılovaya hər iki yuxarı ətrafın, hər iki bazu ilə hər iki əlin 1-ci və 2-ci dərəcəli texniki yanığı, N.İsmayılovaya isə üzün hər iki yuxarı ətrafının 1-ci dərəcəli texniki yanığı diaqnozu qoyulub.

Dərhal ilkin tibbi yardım göstərildikdən sonra onlar Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilib.

Ağdamda baş verən yanğın zamanı biri uşaq olmaqla, iki nəfər ağır yanıq xəsarəti alıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Quzanlı qəsəbəsində İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə yanğın baş verib.

Yanğın nəticəsində 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı və 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı xəsarət alıblar. Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara ilkin müayinə zamanı 2-ci dərəcəli yanıq diaqnozu qoyulub.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfinən məhdudlaşdırılan yanğının yanaşı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti