Ağcabədi sakini həmkəndlisini bıçaqlayıb

Hadisə
  • 04 noyabr, 2021
  • 06:04
Ağcabədi sakini həmkəndlisini bıçaqlayıb

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-də rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Təzəkənd kənd sakini, 1996-cı il təvəllüdlü Dəyanət Hüseynov aralarında yaranan şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı həmkəndlisi, 1987-ci il təvəllüdlü Elşad Quliyevi qarın nahiyyəsindən bıçaqlayıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra D.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

44 filmi