Abşeronda yol qəzası zamanı 1 nəfər faciəvi şəkildə ölüb, yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB

Abşeronda yol qəzası zamanı 1 nəfər faciəvi şəkildə ölüb, yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB Qəzaya ilkin səbəb kimi sürət həddinin aşılması göstərilir
Hadisə
21 İyul , 2018 11:31
Abşeronda yol qəzası zamanı 1 nəfər faciəvi şəkildə ölüb, yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB
Foto: "Report"

Video əlavə olunub


*** 04:16

Bakı. 21 iyul. REPORT.AZ/ Masazır qəsəbəsində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, hadisə Novxanı qəsəbəsi istiqamətinə gedən yolda baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Sailova Könül Bayram qızının idarə etdiyi "Hyundai Tucson" markalı 90-KU-773 dövlət qeydiyyat nişanlı avtomobili ötmə zamanı əks yola keçən 90-PB-444 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobili sol tərəfdən vuraraq idarəetməni itirib və arxadan gələn 1966-ci il təvəllüdlü Vəliyev Malik Şamxal oğlunun sürdüyü "Opel" markalı maşınla toqquşub.

"Opel"in sürücüsü M.Vəliyevin ayaqları sınaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. O, avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Lakin M.Vəliyevin hər iki ayağı kəsildiyindən qanitirmədən dünyasını dəyişib.

"Hyundai"ın sürücüsü K.Sailova və sərnişin 1996-ci il təvəllüdlü Abbasov Elşən Rəfael oğlu ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əraziyə Yol və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya ilkin səbəb kimi sürət həddinin aşılması göstərilir. Hər üç avtomobil deformasiyaya uğradığından avtomaşınlar cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Avtotexniki ekspertiza təyin edilib.

Foto: Ruslan Məmmədov

Son xəbərlər

Orphus sistemi