Abşeronda yaşadığı evdə “Kalaşnikov” gizlədən şəxs saxlanıldı

Abşeronda yaşadığı evdə “Kalaşnikov” gizlədən şəxs saxlanıldı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib
Hadisə
174
24 May , 2021 13:50
Abşeronda yaşadığı evdə “Kalaşnikov” gizlədən şəxs saxlanıldı

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron rayon sakini olan əvvəllər dəfələrlə məhkum olunmuş Güləhməd Məcidovun yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Güləhməd Məcidov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını amma buna baxmayaraq polis əməkdaşlarına təhvil verməyərək yaşadığı evdə gizlətdiyini bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi