Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb

Hadisə
  • 03 iyun, 2022
  • 04:00
Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Allahverdiyeva Sveta İman qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beynin əzilməsi diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.