Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb - VİDEO - YENİLƏNİB Abşeron rayonunun Saray qəsəbəsi ərazisində baş verən yol-nqəliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində dünyasını dəyişən piyada qadının şəxsiyyəti məlum olub.
Hadisə
31 Oktyabr , 2019 09:00
Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində baş verən yol-nqəliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində dünyasını dəyişən piyada qadının şəxsiyyəti məlum olub. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə,  Saray qəsəbə sakini, 1979-cu il təvəllüdlü  Esmira Cəlil qızı Məmmədova yolu keçmək istəyərkən "Volkswagen" markalı, "99-NM-092" dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 08:16

Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil onu vurub. Hadisəı zamanı qadının ağır bədən xəsarətləri aldığı bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi