ABŞ-nin Kanzas Siti şəhərində Milli Futbol Liqasının (NFL) komandası olan “Kanzas-Siti Çifs”in çempionluq paradından sonra açılmış atəş nəticəsində yaralananların sayı artıb.
“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində azı 29 nəfər yaralanıb. Atışma nəticəsində 11 uşaq xəsarət alıb. Daha əvvəl 1 nəfərin öldüyü barədə məlumat verilmişdi.
Xatırladaq ki, “Kanzas-Siti Çifs” Şimali Amerika Milli Futbol Liqasının (NFL) final oyunu olan Superboulda overtaymdan sonra “San-Fransisko Forti Nayners” i 25-22 hesabı ilə məğlub edib.
Milli Futbol Liqasının (NFL) komandası olan “Kanzas-Siti Çifs”in çempionluq paradından sonra açılmış atəş nəticəsində bir nəfər ölüb, doqquz nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli orqanlara istinadən “ABC News” məlumat yayıb.
“Kanzas-Sitidə paraddan sonra bir nəfər ölüb, doqquz nəfər yaralanıb”, – telekanal qeyd edib.
Şənlikdə 1 milyona yaxın ziyarətçinin olacağı, 600 hüquq-mühafizə orqanının isə asayişi təmin edəcəyi gözlənilirdi.
Xatırladaq ki, “Kanzas-Siti Çifs” Şimali Amerika Milli Futbol Liqasının (NFL) final oyunu olan Superboulda overtaymdan sonra “San-Fransisko Forti Nayners” i 25-22 hesabı ilə məğlub edib.