“Yuventus”un futbolçusu 5 oyunluq cəzalandırıla bilər

“Yuventus”un futbolçusu 5 oyunluq cəzalandırıla bilər Səbəb onun rəqib futbolçunun üzünə tüpürməsidir
Futbol
17 Sentyabr , 2018 10:26
“Yuventus”un futbolçusu 5 oyunluq cəzalandırıla bilər
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubunun futbolçusu Duqlas Kosta 5 oyunluq diskvalifikasiya oluna bilər.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı braziliyalı yarımmüdafiəçinin A Seriyasının V turunda “Sassuolo”nu 2:1 hesabı ilə məğlub etdikləri matçın 90+4-cü dəqiqəsində rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürməsidir.

Bu davranışına görə qırmızı vərəqə alan Duqlas Kosta 3 dəqiqə əvvəl həmin oyunçuya başla zərbə vurmaq istədiyi üçün sarı vərəqə alıb. Üstəlik, matçın gedişində Federikonun üzünə dirsəklə vurub.

İtaliya çempionatının əsasnaməsində rəqibə tüpürməyə görə 3 oyunluq cəza nəzərdə tutulub. Lakin Duqlas Kostanın idmançıya yaraşmayan digər iki davranışı da nəzərə alınarsa, onu 5 matçlıq diskvalifikasiya gözləyir.

Qeyd edək ki, “Yuventus” “Sassuolo”nu İtaliya komandasının heyətində ilk qollarını vuran Kriştianu Ronaldunun dublu ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi