"Yuventus" Aaron Remsi ilə müqavilə bağlayıb
Futbol
- 11 fevral, 2019
- 19:28
Bakı. 11 fevral. REPORT.AZ/ Turin "Yuventus"u öz rəsmi saytında London "Arsenal"ının yarımmüdafiəçisi Aaron Remsi ilə müqavilə bağladığını elan edib.
“Report” xəbər verir ki, uelsli futbolçu 1 iyul 2019-cu il tarixindən Turin komandasının oyunçusu olacaq. Həmin tarixdə onun ingilis klubu ilə müqaviləsinin vaxtı bitəcək.
KİV-in məlumatına görə, Remsinin Turin klubunda illik maaşı 23 milyon avrodan çox olacaq. "Arsenal" futbolçunu komandada saxlamağa çalışsa da, onu əmək haqqı ilə bağlı razı sala bilməyib.
İyirmi səkkiz yaşlı yarımmüdafiəçi cari mövsümdə İngiltərə klubunda milli çempionatda 22 oyun keçirib və iki qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmə edib. Eləcə də, onun hesabında Avropa Liqasında üç oyun və bir qol var.
Son xəbərlər
18:05
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilib - YENİLƏNİB
Xarici siyasət17:53
"Fitch Ratings" Azərbaycanın bank sektorunun 2026-cı il üçün perspektivlərini qiymətləndirib
Maliyyə17:45
AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
İnfrastruktur17:39
Antuan Semenyo İngiltərə Premyer Liqasında fevralın ən yaxşı futbolçusu seçilib
Futbol17:30
Foto
İrandan Azərbaycana daha 39 Hindistan vətəndaşı təxliyə edilib - YENİLƏNİB-3
Daxili siyasət17:30
Foto
Sahib Ələkbərov Xankəndidə vətəndaşları qəbul edib
İqtisadiyyat17:26
Qvardiola Premyer Liqada ən çox ayın baş məşqçisi seçilən üçüncü mütəxəssis olub
Futbol17:25
Britaniya və Fransa səfirləri Bryanska endirilən zərbələrə görə Rusiya XİN-ə çağırılıb
Digər ölkələr17:25
Foto