Ukrayna klubunun 4 üzvü koronavirusa yoluxdu
Futbol
- 20 iyun, 2020
- 06:32
Ukraynanın I liqasında mübarizə aparan "Rux" klubu futbolçular, məşqçilər heyəti və əməkdaşlarının koronavirus testlərinin nəticələrini açıqlayıb.
"Report"un məlumatına görə, 3 oyunçu və 1 klub işçisində infeksiya aşkarlanıb.
Virusa yoluxan futbolçulardan 2-si müdafiəçi, 1-i yarımmüdafiəçidir. Daha bir neçə oyunçunun vəziyyəti isə şübhəlidir. Dərhal karantinə alınan komanda üzvləri yaxın günlərdə ikinci dəfə testdən keçiriləcəklər.
Bununla bağlı yerli assosiasiyanın tibbi və idman komitəsinə, həmçinin Peşəkar Futbol Liqasına məlumat verən Lvov təmsilçisi iyunun 24-nə nəzərdə tutulan XX turun "Aqrobiznes"lə ev oyununun təxirə salınmasını xahiş edib.
Qeyd edək ki, Ukraynada daha əvvəl "Karpatı" klubunun 26 üzvündə koronavirus aşkarlanıb.
Son xəbərlər
00:28
Azərbaycan icmasının təşkilatçılığı ilə Brüsseldə şahmat turniri keçirilib
Fərdi00:25
Foto
Video
Kürdəmirdə baş verən qəzada xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB
Hadisə00:11
Münxendə qar yağışı səbəbindən təxminən 500 sərnişin gecəni təyyarələrdə keçirib
Digər ölkələr23:48
KİV: Ukrayna ilə bağlı danışıqlar fevralın 26-da Cenevrədə yenidən başlaya bilər
Digər ölkələr23:30
Pezeşkian: İran Cenevrədə ABŞ ilə danışıqlardan sonra ümidverici siqnallar alıb
Region23:03
Meksikada narkokartel liderinin öldürülməsi fonunda iğtişaşlar başlayıb
Digər ölkələr22:47
FT: İranla Rusiya 500 milyon avroluq zenit-raket kompleksi tədarükü üzrə məxfi sövdələşmə bağlayıb
Region22:21
Malayziya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr22:06