Bakı. 15 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında IV tura start verilib.
"Report" xəbər verir ki, A və B liqalarında 1, C Liqasında 3, D Liqasında isə 2 görüş keçirilib.
A Liqasının yeganə matçı 3-cü qrupa təsadüf edib. İtaliya Polşa səfərində tək qola sevinib. B Liqasında isə lider Rusiya Türkiyəni məğlub edib - 2:0.
D Liqasının hər iki matçı Azərbaycan millisinin də yer aldığı 3-cü qrupda keçirilib. Bakıda Malta ilə heç-heçə qeydə alınıbsa, qrupun digər matçında Kosovo Farer adaları səfərində bir xala qane olub.
14 oktyabr
Millətlər Liqası
IV tur
A Liqası
3-cü qrup
Polşa – İtaliya - 0:1
Qol: Kristiano Biraci, 90+2
Xal durumu: Portuqaliya – 6 xal (2 oyuna), İtaliya – 4 (3), Polşa – 1 (3)
B Liqası
2-ci qrup
Rusiya – Türkiyə - 2:0
Qollar: Roman Noyştadter, 20, Denis Çerışev, 78
Xal durumu: Rusiya – 7 xal (3 oyuna), Türkiyə - 3 (3), İsveç – 1 (2)
C Liqası
1-ci qrup
İsrail – Albaniya - 2:0
Qollar: Tomer Hamed, 8. Dia Saba, 83
Xal durumu: İsrail – 6 xal (3), Şotlandiya – 3 (2), Albaniya – 3 (3)
4-cü qrup
Rumıniya – Serbiya - 0:0
Litva – Monteneqro - 1:4
Qollar: Rolandas Baravikas, 88 - Ştefan Muqosa, 10; 45+1 (pen.). Boris Kapitoviç, 35. Darko Zoriç, 86
Xal durumu: Serbiya – 8 xal (4 oyuna), Monteneqro – 7 (4), Rumıniya – 6 (4), Litva – 0 (4)
D Liqası
3-cü qrup
Azərbaycan – Malta- 1:1
Qollar: Araz Abdullayev, 53 - Rouin Muskat, 37
Farer adaları – Kosovo - 1:1
Qollar: Rene Yönsen, 50 - Milot Raşitsa, 9
Xal durumu: Kosovo – 8 xal (4 oyuna), Azərbaycan – 6 (4), Farer adaları – 4 (4), Malta – 2 (4).