UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib

UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib Bakı. 26 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib.
Futbol
26 Oktyabr , 2018 01:09
UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib.

"Report" xəbər verir ki, E qrupunda yer alan "Qarabağ" Bakı Olimpiya Stadionunda Ukrayna "Vorskla"sına 0:1 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin qrupdakı rəqibi Portuqaliya "Sportinq"i evdə İngiltərə "Arsenal"ı ilə qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yükunlaşıb 1:0.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Astana" klubu səfərdə Çexiya "Yablonets"i heç-heçə edib - 1:1. Oyuna start heyətdə başlayan Almeyda 90-cı dəqiqədə əvəzlənib.

Türkiyənin turnirdəki təmsilçilərindən "Beşiktaş" doğma meydanda Belçika "Genk"i nə 2:4 hesabı ilə uduzub. "Fənərbağça" isə səfərdə eyni ölkənin digər təmsilçisi "Anderlext" ilə qollu heç-heçə edib - 2:2.

İspaniyanın "Sevilya" klubu Türkiyənin digər təmsilçisi "Akhisarspor"u 6:0 hesabı ilə darmadağın edib.

Avropa Liqası

Qrup mərhələsi, III tur

A qrupu

20:55. AEK (Larnaka, Kipr) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1

20:55. "Sürix" (İsveçrə) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2

Xal durumu: "Sürix" - 9, "Bayer" - 6, AEK - 1, "Lüdoqorets" - 1.

B qrupu

20:55. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya) - 2:0

20:55. "Zaltsburq" (Avstriya) - "Rusenborq" (Norveç) - 3:0

Xal durumu: "Zaltsburq" - 9, "Leyptsiq" - 6, "Seltik" - 3, "Rusenborq" - 0.

C qrupu

20:55. "Kopenhagen" (Danimarka) - "Slaviya" (Praqa, Çexiya) - 0:1

20:55. "Zenit" (Rusiya) - "Bordo" (Fransa) - 2:1

Xal durumu: "Zenit" - 7, "Slaviya" - 6, "Kopenhagen" - 4, "Bordo" - 0

D qrupu

20:55. "Anderlext" (Belçika) - "Fənərbağça" (Türkiyə) - 2:2

20:55. "Spartak" (Trnava, Slovakiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:2

Xal durumu: "Dinamo" - 9, "Fənərbağça" - 4, "Spartak" - 3, "Anderlext" - 1.

E qrupu

20:55. "Qarabağ" (Azərbaycan) - "Vorskla" (Poltava, Ukrayna) - 0:1

20:55. "Sportinq" (Lissabon, Portuqaliya) - "Arsenal" (İngiltərə) - 0:1

Xal durumu: "Arsenal" - 9, "Sportinq" - 6, "Vorskla" - 3, "Qarabağ" - 0.

F qrupu

20:55. "Milan" (İtaliya) - "Betis" (İspaniya) - 1:2

20:55. "Düdelanj" (Lüksemburq) - "Olimpiakos" (Yunanıstan) - 0:2

Xal durumu: "Betis" - 7, "Milan" - 6, "Olimpiakos" - 4, "Düdelanj" - 0.

G qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Spartak" (Moskva, Rusiya) - 0:0

23:00. "Vilyarreal" (İspaniya) - "Rapid" (Vyana, Avstriya) - 5:0

Xal durumu: "Reyncers" - 5, "Vilyarreal" - 5, "Rapid" - 3, "Spartak" - 2.

H qrupu

23:00. "Ayntraxt" (Almaniya) - "Apollon" (Kipr) - 2:0

23:00. "Marsel" (Fransa) - "Latsio" (İtaliya) - 1:3

Xal durumu: "Ayntraxt" - 9, "Latsio" - 6, "Apollon" - 1, "Marsel" - 1.

I qrupu

23:00. "Beşiktaş" (Türkiyə) - "Genk" (Belçika) - 2:4

23:00. "Sarpsporq" (Norveç) - "Malmö" (İsveç) - 1:1

Xal durumu: "Genk" - 6, "Malmö" - 4, "Sarpsporq" - 4, "Beşiktaş" - 3

J qrupu

23:00. "Sevilya" (İspaniya) - "Akhisarspor" (Türkiyə) - 6:0

23:00. "Standard" (Lyej, Belçika) - "Krasnodar" (Rusiya) - 2:1

Xal durumu: "Krasnodar" - 6, "Standard" - 6, "Sevilya" - 6, "Akhisarspor" - 0.

K qrupu

23:00. "Yablonets" (Çexiya) - "Astana" (Qazaxıstan) - 1:1

23:00. "Renn" (Fransa) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:2

Xal durumu: "Astana" - 5, "Dinamo" - 5, "Renn" - 3, "Yablonets" - 2

L qrupu

23:00. Çelsi" (İngiltərə) - BATE (Belarus) - 3:1

23:00. PAOK (Yunanıstan) - "Videoton" (Macarıstan) - 0:2

Xal durumu: "Çelsi" - 9. BATE - 3, PAOK - 3, "Videoton" - 3.

Son xəbərlər

Orphus sistemi