"Sabah"ın baş məşqçisi: "Neftçi" ilə oyunda paltardəyişmə otağını səhv saldım"

"Sabah"ın baş məşqçisi: "Neftçi" ilə oyunda paltardəyişmə otağını səhv saldım" Bakı. 6 oktyabr. REPORT.AZ/ Rəqib layiqli qələbə qazandı. İlk yarıya yaxşı başlamadıq. Müdafiədə boşluqlar verirdik, hücuma keçə bilmirdik, erkən qol buraxdıq. Fasilədən sonra özümüzə gəldik. Zənnimcə, ikinci hissədə bir qədər üstün oynadıq. Hücum xəttində problemlərimiz var.
Futbol
6 Oktyabr , 2018 00:45
Sabahın baş məşqçisi: Neftçi ilə oyunda paltardəyişmə otağını səhv saldım

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Rəqib layiqli qələbə qazandı. İlk yarıya yaxşı başlamadıq. Müdafiədə boşluqlar verirdik, hücuma keçə bilmirdik, erkən qol buraxdıq. Fasilədən sonra özümüzə gəldik. Zənnimcə, ikinci hissədə bir qədər üstün oynadıq. Hücum xəttində problemlərimiz var".

"Report" xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, "Qarabağ"la əvvəlki oyunla müqayisədə, bugünkü görüşdə komandasının heç-heçəyə layiq olduğunu iddia etməsi mümkün deyil:

"Bu gün eyni sözləri deyə bilmərəm. Əvvəlcə rəqibin mərkəzdən hücum etdiyini gözləyirdik. Sonradan cinahları bağlamalı olduq. Hücumdakı problem deyərkən təkcə Marko Deviçi yox, vingerləri də, hücumameylli yarımmüdafiəçiləri də nəzərdə tuturam".

Əvvəllər "Neftçi"nin əvəzedici komandasında uzun müddət baş məşqçi kimi çalışmış Əhmədov yenə özünü bu komandanın üzvü kimi hiss etdiyini vurğulayıb:

"Hətta stadiona gələndə çaşıb paltardəyişmə otağını səhv salmışdım".

"Sabah"ın baş məşqçisi ilk dövrəni də dəyərləndirib. Onun fikrincə, çempionatın debütantı üçün 10 xal normaldır. Lakin o, oyundan yox, nəticədən razı olduğunu vurğulayıb. Əhmədov zədəli Elşən Abdullayevin təqribən 1 həftədən sonra məşqlərə başlayacağını da əlavə edib.

Son xəbərlər

Orphus sistemi