Rusiya futbolçuları Kokorin və Mamayev saxlanılıb

Rusiya futbolçuları Kokorin və Mamayev saxlanılıb Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiyalı futbolçular Pavel Mamayev və Aleksandr Kokorin xuliqanlıq işi üzrə saxlanılıblar.
Futbol
11 Oktyabr , 2018 03:38
Rusiya futbolçuları Kokorin və Mamayev saxlanılıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiyalı futbolçular Pavel Mamayev və Aleksandr Kokorin xuliqanlıq işi üzrə saxlanılıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda onların hər ikisinə qarşı ittiham irəli sürüləcək.

"İstintaq artıq sabah onların barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müraciət edəcək. Bu həm həbs, həm də ev dustaqlığı ola bilər", - deyə DİN nümayəndəsi əlavə edib.

Qeyd edək ki, idmançılar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak və aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçukun döyülməsində ittiham olunurlar. Onlar dostları ilə birlikdə səhər yeməyi üçün kafeyə üz tutub. Ancaq yemək zamanı səs-küy salan futbolçular ətrafdakıların və kafe personalının ciddi etirazı ilə qarşılaşıblar. Etirazını daha sərt şəkildə bildirən dövlət məmurları - Denis Pak və Sergey Qaysin isə futbolçuların hücumuna məruz qalıb. Onlar Pakın dişini sındırıblar.

Son xəbərlər

Orphus sistemi