Ronaldu Monakoda Hemiltonla görüşüb - VİDEO

Ronaldu Monakoda Hemiltonla görüşüb - VİDEO İtaliyanın Yuventus klubunun futbolçusu Kriştianu Ronaldu Formula 1 üzrə Monako Qran-prisinin paddokuna baş çəkib.
Futbol
24 May , 2019 09:56
Ronaldu Monakoda Hemiltonla görüşüb - VİDEO

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu "Formula 1" üzrə Monako Qran-prisinin paddokuna baş çəkib.

"Report"un məlumatına görə, portuqaliyalı hücumçu "Mercedes"in britaniyalı pilotu Lüis Hemiltonla görüşüb. O, daha sonra pilotla birgə fotosunu şəxsı "Instagram"ında yerləşdirərək, bunları yazıb: "Səni görmək həmişə xoşdur".

Beşqat dünya çempionu isə "Görüşməyimiz xoş oldu" cavabını verib. Hər iki məşhur idmançı bir-birilərinə "qardaş" deyə müraciət edib.

Qeyd edək ki, Lüis Hemilton Monako Qran-prisindəki ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib. "Mercedes" pilotu komanda yoldaşı Valtteri Bottası 0,081 saniyə üstələyib.

Son xəbərlər

Orphus sistemi