Rəşad Sadıqov "Qarabağ"ın heyətində yubiley oyununu keçirib

Rəşad Sadıqov "Qarabağ"ın heyətində yubiley oyununu keçirib Azərbaycan Premyer Liqasının V turu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub.
Futbol
25 Sentyabr , 2019 11:08
Rəşad Sadıqov Qarabağın heyətində yubiley oyununu keçirib

Azərbaycan Premyer Liqasının V turu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı müdafiəçi kapitanı olduğu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb. Bu, arxa xətt oyunçusunun mövsümdə ilk qarşılaşması olub.

Karyerası ərzində “Turan” və “Neftçi”də də oynamış Sadıqov 2009/2010 mövsümündən “Qarabağ”da çıxış edir. Bu müddətdə 8 qola sevinən müdafiəçi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.

Qeyd edək ki, Rəşad Sadıqov bir müddət öncə “Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının “Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.

mövsüm klub oyun qol
2009/10 Qarabağ (Ağdam) 20 1
2010/11 Qarabağ (Ağdam) 14 0
2011/12 Qarabağ (Ağdam) 27 2
2012/13 Qarabağ (Ağdam) 25 3
2013/14 Qarabağ (Ağdam) 25 0
2014/15 Qarabağ (Ağdam) 21 0
2015/16 Qarabağ (Ağdam) 19 2
2016/17 Qarabağ (Ağdam) 14 0
2017/18 Qarabağ (Ağdam) 18 0
2018/19 Qarabağ (Ağdam) 16 0
2019/20 Qarabağ (Ağdam) 1 0
Cəmi 200 8

Son xəbərlər

Orphus sistemi