Zinəddin Zidanın böyük oğlunun yeni klubu müəyyənləşib
Futbol
- 01 fevral, 2020
- 06:58
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın futbolçu oğlu Entso Zidan komandasını dəyişib.
"Report" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İspaniyanın II liqasında çıxış edən "Almeriya" klubuna keçib.
Lakin keçidin detalları haqqında məlumat verilməyib. 2014 - 2017-ci illərdə bir müddət atasının rəhbərliyi altında "Real Madrid"in əvəzedici komandasında çıxış etmiş fransalı futbolçu 2017/2018 mövsümündə "Alaves"ə transfer olunub. Orada da möhkəmlənə bilməyən böyük oğulun son komandası Portuqaliya "Aveş"i olub.
Qeyd edək ki, "Almeriya" klubu II liqada geridə qalan 25 turdan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Entso Zidanın komandası lider "Kadis"dən 3 xal geri qalır.
Son xəbərlər
02:47
Suriyadan Türkiyəyə gələn yük maşınında onlarla avtomat aşkarlanıb
Region02:28
Yunan fermerlər ölkədə yolların bağlanmasını genişləndirəcəklər
Digər ölkələr01:57
KXDR hipersəsli raketlərin buraxılışı üzrə təlimlər keçirib
Digər ölkələr01:31
KİV: Niger Beninin yüksək vəzifəli diplomatını ölkədən çıxarıb
Digər ölkələr00:59
Macarıstan Aİ-nin Venesuela ilə bağlı bəyanatını dəstəkləməyib
Digər ölkələr00:51
Fransa İsveçdə yanğın zamanı doqquz vətəndaşının öldüyünü təsdiqləyib
Digər ölkələr00:26
Latviya Baltik dənizində fiber optik kabelin zədələndiyini bildirib
Digər ölkələr23:58
"Mançester Siti" "Çelsi" ilə heç-heçə edib
Futbol23:36