Bakı. 9 dekabr. REPORT.AZ/ "Futbolçularımı təbrik edirəm. Çempionatın son oyununda vacib qələbə qazandılar. Tapşırıqları yerinə yetirdilər. Rəqibin itkiləri var idi. Futbolçularımın oyunundan və nəticədən razı qaldım. Samir Abasova uğurlar arzulayıram”.
"Report" xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi
46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
İkinci hissədə beş müdafiəçi ilə oynadınız. Bu "Arsenal"la oyuna hazırlıq xarakteri daşıyırdı?
- O barədə, hələ ki, tam qərar verməmişəm. Oyundan əvvəl də belə fikrim var idi. Avropa Liqasında da bu sxemlə oynaya bilərik.
Komanda "Arsenal"la matça nə dərəcə hazırdır?
- Hamı bilir ki, son oyundur. Düşünürəm ki, diqqətli və ciddi hazırlaşmalıyıq. Bu gündən hazırlaşmalıyıq.
Bədavi Hüseynov ucaboylu müdafiəçilərdəndir. Amma künc zərbələrində istənilən kimi çıxış etmir.
- Uca boylu olmaq başla yaxşı oynamaq demək deyil.
Penalti epizodunda Araz Abdullayev topa yaxınlaşdı. Bunu özü istədi?
- Araz bizim vacib oyunçularımızdan biridir. O, Ukraynadakı matçda da fərqlənib. Sadəcə qol vura bilmədi.
Komandada yüksəliş var. Futbolçular təzyiqdən azad olublar?
- Hardasa ola bilər. Son vaxtlar hücumları qurmaq üçün daha çox çalışırıq. Bütün mövqeləri analiz edirik. Çatışmayan cəhətlərin üzərində işləyirik.
Emeqara zədəlidir. Onun komandadan ayrılmaq ehtimalı varmı?
- Heç bir qərar verməmişik. Hər hansı futbolçu ilə bu barədə danışmamışam. Hər biri bizim komandanın üzvüdür.
Dünən milli komanda ilə yollarınızı ayırdınız. Özünüzü necə hiss edirsiniz?
- Normal. Millidə olan məğlubiyyətlərdən sonra keyfimiz pozulurdu.