"Qarabağ" "Qəbələ"ni məğlub edərək, "Neftçi" ilə yenidən şərikli lider olub

"Qarabağ" "Qəbələ"ni məğlub edərək, "Neftçi" ilə yenidən şərikli lider olub Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Futbol
7 Aprel , 2019 15:53
Qarabağ Qəbələni məğlub edərək, Neftçi ilə yenidən şərikli lider olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, turun mərkəzi görüşündə "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. 

Hesabı 3-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Donald Gerrye açıb. 23-cü dəqiqədə Rauf Əliyev bərabərlik qolunu vurub. 79-cu dəqiqədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Dani Kintananın əvəzinə Araz Abdullayevi meydana buraxıb. Abdullayev oyuna daxil olduqdan 3 dəqiqə sonra qələbə topuna imza atıb.

Bu qələbə sayəsində "Qarabağ" xallarını 51-ə çatdırıb və "Neftçi" ilə yenidən şərikli lider olub. "Qəbələ" isə 30 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" "Keşlə"ni 2:1, "Neftçi" "Zirə"ni 4:2 hesabı ilə məğlub edib. Tura saat 16:30-da başlanacaq "Sabah" - "Səbail" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi