"Qarabağ" "Neftçi"ni keçə bilmədi

Futbol
  • 19 iyun, 2020
  • 07:07
Qarabağ Neftçini keçə bilmədi

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatları ölkə çempionatlarının rekordçularına nəsib olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk üç yeri tutan komandalar yarışın tarixində ən çox medal qazanan klublardır.

Qızıl medala sahib olan “Qarabağ” 8-ci çempionluğunu və 14-cü mükafatını qazanıb. Ağdamlılar qızıl medal sayında “Neftçi”nin rekorduna şərik çıxıbsa, ümumi göstəricidə yalnız əsas rəqibindən geri qalır. Qurban Qurbanovun yetirmələri ardıcıl 7-ci dəfə çempion olub və son 8 mövsümdə “üçlük”də yer alıb.

Ardıcıl 2-ci dəfə gümüşlə kifayətlənən “Neftçi” üç ildir mükafatçılar sırasını tərk etmir. Bakılılar hamıdan çox – 18 medala yiyələnib. Çempionluq sayında isə paytaxt klubu ilk yerə şərikdir. Bu dəfəki gümüş “Neftçi”yə daha bir rekord göstərici bəxş edib. Bakılılar hamıdan çox – 4 gümüşün sahibidir. “Ağ-qaralar” bürünc medal sayında da hamıdan öndədir – 6 dəfə.

“Keşlə” iki illik fasilədən sonra mükafatçılar sırasına qayıdıb. Paytaxt klubu tarixində 9-cu medalına yiyələnib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən, bir dəfə yarımçıq qalan, bir dəfə keçirilməyən ölkə çempionatları tarixində 17 klub mükafatçılar sırasına düşüb.

AZƏRBAYCAN ÇEMPİONATLARI BÜTÜN MÜKAFATÇILAR
mövsümçempionII yerIII yer
1992Neftçi (Bakı)Xəzər (Sumqayıt)Turan (Tovuz)
1993Qarabağ (Ağdam)Xəzər (Sumqayıt)Turan (Tovuz)
1993/94Turan (Tovuz)Qarabağ (Ağdam)Kəpəz (Gəncə)
1994/95Kəpəz (Gəncə)Turan (Tovuz)Neftçi (Bakı)
1995/96Neftçi (Bakı)Xəzri (Buzovna)Kəpəz (Gəncə)
1996/97Neftçi (Bakı)Qarabağ (Ağdam)Xəzri (Buzovna)
1997/98Kəpəz (Gəncə)Dinamo (Bakı)Şəmkir
1998/99Kəpəz (Gəncə)ŞəmkirNeftçi (Bakı)
1999/2000ŞəmkirKəpəz (Gəncə)Neftçi (Bakı)
2000/01ŞəmkirNeftçi (Bakı)Viləş (Masallı)
2001/02Yarımçıq qalıb
2002/03Keçirilməyib
2003/04Neftçi (Bakı)ŞəmkirQarabağ-Azərsun (Ağdam)
2004/05Neftçi (Bakı)Xəzər-LənkəranKarvan (Yevlax)
2005/06BakıKarvan (Yevlax)Neftçi (Bakı)
2006/07Xəzər-LənkəranNeftçi (Bakı)Bakı
2007/08İnter (Bakı)Olimpik (Bakı)Neftçi (Bakı)
2008/09Bakıİnter (Bakı)Simurq (Zaqatala)
2009/10İnter (Bakı)BakıQarabağ (Ağdam)
2010/11Neftçi (Bakı)Xəzər LənkəranQarabağ (Ağdam)
2011/12Neftçi (Bakı)Xəzər Lənkəranİnter (Bakı)
2012/13Neftçi (Bakı)Qarabağ (Ağdam)İnter (Bakı)
2013/14Qarabağ (Ağdam)İnter (Bakı)Qəbələ
2014/15Qarabağ (Ağdam)İnter (Bakı)Qəbələ
2015/16Qarabağ (Ağdam)Zirə (Bakı)Qəbələ
2016/17Qarabağ (Ağdam)Qəbələİnter (Bakı)
2017/18Qarabağ (Ağdam)QəbələNeftçi (Bakı)
2018/19Qarabağ (Ağdam)Neftçi (Bakı)Səbail (Bakı)
2019/20Qarabağ (Ağdam)Neftçi (Bakı)Keşlə (Bakı)

Premyer Liqanın mükafatçıları klublar üzrə

KlubIIIIIICəmi
Neftçi (Bakı)84618
Qarabağ (Ağdam)83314
Kəpəz (Gəncə)3126
Keşlə (Bakı)2349
Bakı2226
Şəmkir2204
Turan (Tovuz)1124
Xəzər Lənkəran1304
Qəbələ0235
Xəzər (Sumqayıt)0202
Xəzri (Bakı)0112
Karvan (Yevlax)0112
Şüvəlan (Bakı)0101
Zirə (Bakı)0101
Simurg (Zaqatala)0011
Viləş (Masallı)0011
Səbail (Bakı)0011

Qeyd edək ki, “Bakı” əvvəl “Dinamo”, “Keşlə” əvvəl “İnter”, “Şüvəlan” əvvəl “Olimpik” adlanıb. “Qarabağ” bir müddət “Qarabağ-Azərsun” adını daşıyıb.

Son xəbərlər

Bütün Xəbər Lenti