Premyer Liqa: "Zirə"-"Qəbələ" oyununda qalib müəyyənləşməyib

Premyer Liqa: "Zirə"-"Qəbələ" oyununda qalib müəyyənləşməyib Bakı. 3 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. Reportun məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə Qəbələ üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Futbol
3 Mart , 2019 16:50
Premyer Liqa: Zirə-Qəbələ oyununda qalib müəyyənləşməyib

Bakı. 3 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə "Qəbələ" üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

57-ci dəqiqədə "Qəbələ"nin kapitanı Cavid Hüseynovun zərbəsindən sonra top "Zirə"nin müdafiəçisi Bəxtiyar Həsənalızadəyə dəyərək qapıdan keçib.

87-ci dəqiqədə isə İsmael Fofana cinah ötürməsindən sonra başla dəqiq zərbə endirib.

Bu nəticədən sonra komandaların mövqelərində dəyişiklik baş verməyib. "Qəbələ" 25 xalla 4-cü, "Zirə" 18 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Səbail" "Sumqayıt"la qolsuz heç-heçə etdiyi halda, "Neftçi" "Sabah"ı darmadağın edib - 3:0. Tura bu gün saat 17:30-da başlanacaq "Keşlə" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi