Messi "Barselona" rəhbərliyi ilə münaqişəyə girdi

Messi "Barselona" rəhbərliyi ilə münaqişəyə girdi İspaniya Barselonasının futbolçusu Lionel Messi Instagramda komandanın idman direktoru Erik Abidalla münaqişəyə girib.
Futbol
5 Fevral , 2020 09:57
Messi Barselona rəhbərliyi ilə münaqişəyə girdi

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi "Instagram"da komandanın idman direktoru Erik Abidalla münaqişəyə girib. 

"Report"un məlumatına görə, argentinalı hücumçu Abidalın sabiq baş məşqçi Ernesto Valverde barədə sözlərinə reaksiya verib.İdman direktoru bildirib ki, komanda Valverdeni tənqid edir və tam gücünü ortaya qoymurdu. 33 yaşlı forvard isə klub rəsmisindən narazıların adlarını çəkməsini tələb edib: "Hər kəs öz məqsədlərinə görə məsuliyyət daşımalıdır. İdman departamentindən olanlar da ilk növbədə, klub idarəçiliyinə cavabdehlik daşımalıdırlar". 

Qeyd edək ki, "Barselona" Ernesto Valverde ilə yollarını yanvarın 14-də qarşılıqlı razılıq əsasında ayırıb. Kike Setyen komandaya yeni baş məşqçi təyin olunub. Valverde 2017-ci ildən çalışdığı kluba 2 dəfə İspaniya çempionluğu qazandırıb. Çempionlar Liqasında isə Kataloniya təmsilçisi 2017/2018 mövsümündə 1/4 finalda, 2018/2019 mövsümündə isə yarımfinalda mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi